17 yaşlı qapıçı penaltini qaytardıqdan sonra ölübArgentinalı futbolçu Ramon İsmael Koronel vəfat edib.

APA-nın məlumatına görə, “Union de Qolondrina”nın şərəfini qoruyan 17 yaşlı qapıçı oyun zamanı faciəli şəkildə ölüb.

Bu hadisə onun penalti zərbəsini dəf etdikdən sonra baş verib. Rəqibin güclü zərbəsi zamanı top onun sinəsinə dəyib. Qola imkan verməyən qapıçı bunu bayram etməyə imkan tapsa da, ardınca meydana yıxılıb. İlkin ehtimala görə, onun ölümünə ürəktutması səbəb olub.

Qarşılaşmada tibbi yardım maşını da olmadığından R. Koroneli azarkeşlərin birinin avtomobili ilə xəstəxanaya çatdırıblar.

Məsələ ilə bağlı araşdırma başlayıb.