Ankarada 17 yaşlı C.B. zərgərlik dükanlarına və valyutadəyişmə məntəqələrinə pnevmatik tüfəngdən atəş açıb.

Minval.İnfo Qafqazinfo.az-a istinadən xəbər verir ki, silahlı hücum nəticəsində biri azyaşlı olmaqla 8 nəfər yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. İnsanların çoxluq təşkil etdiyi məkanlara atəş açan C.B. hadisə yerindən qaçıb.

Onun bu cinayəti hansı səbəbdən törətməsi məlum deyil. C.B.-nin narkotik aludəçisi olduğu deyilir.