Körpüdən özünü Girdiman çayına atdıİmişlidə çayda çimən 16 yaşlı yeniyetmə boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini, 2002-ci il təvəllüdlü Quluzadə Şükür Teyyub oğlu Araz çayı üzərində yerləşən hidroqovşağın yaxınlığında çimərkən boğulub. Bir müddət əvvəl yeniyetmənin cəsədi boğulduğu yerdən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.