Türkiyənin Zonquldak rayonundakı 52 yaşlı Namiq İşıqlı və 21 yaşlı Lutfican İşıqlı 1500 lirəyə (600 manat) aldıqları 1972-ci ilin istehsalı olan çürük avtomobili yenidən təmir ediblər. “Ölkə.Az” xəbər verir ki, ata-oğul maşına 20 min lirə (7 min manat) xərc qoyublar.
Namiq çox xoşladığı “Murat 124” markalı maşını alıb. Sonra isə xarab maşını evakuator vasitəsilə sexə aparıb. Bir neçə usta maşına əməlli-başlı əl gəzdirərək onu yeniləyiblər.

Namiq və oğlu 4 il ərzində Türkiyənin dörd bir tərəfindən orijinal ehtiyat hissələri alaraq maşını zavod istehsalı formasına gətiriblər. O, bildirir ki, 1974-cü ildə eyni avtomobildən alıb:

“Avtomobil ilk aldığım maşınla eynidir. Mənim üçün xatirəsi var. Alın təri ilə aldığım ilk maşın idi. Bu maşını da oğlum üçün aldım. Onun da bu maşınlara marağı var. Birlikdə originalına uyğun formaya gətirdik. Çox əziyyət çəkdik. Amma istədiyimiz alındı. Bütün ehtiyat hissələri orijinaldır. Oğlum da, mən də zövqlə sükan arxasına keçirik”.
Avtomobili görənlərin çox şad olduğunu söyləyən Namiq İşıqlı deyib:

“Bizim yaşımızdakı insanların bu avtomobil ilə bir xatirəsi var. İlk maşınları, ilk mindikləri avtomobil olub. Mən bu maşına minəndə gənclik illərimə gedirəm. O illəri xatırlayıram. Məni şad edir. Bu maşını sürməkdən ləzzət alıram. Onu övladım kimi sevirəm”.

Minval.İnfo