Şair Murad Köhnəqala həbs olunub.

Minval.info xəbər verir ki, bu barədə şairin həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

“Tovuz Rayon Məhkəməsi Murad Köhnəqalanı həbs etdi. İşsiz, gücsüz, himayəsində körpə uşağı olan bir adamdan 12 min manat aliment tələb edirlər. Yaşları 20-dən yuxarı əqli və fiziki qabiliyyətləri olan 3 adam – Muradın keçmiş həyat yoldaşı və qızının tələbləri ilə məhkəmə qərar verdi”, – o bildirib.

Ş.Göytürk qeyd edib ki, Muradı tanıyanlar son tikəsini belə, balalarından saxlamadığını bilir:

“Evsiz-şiksiz, işsiz, əlində olan mülkiyyəti tərəddüdsüz keçmiş ailəsinə verən adamdan 12 min manat pul tələb edirlər”.