Ölkəmizdə son zamanlar təcavüz xaratkerli hadisələr çoxalıb. Bəs bunun kökündə nə dayanır?

“Minval.info”nun məlumatına görə, ümumiyyətlə çox vaxt zorlanan qadınlar bunu heç kəsə etiraf etmirlər. Uzun illər ailə həyatı belə qurmurlar. Hətda 20-30 il keçdikdən sonra belə bir hadisənin olduğunu etiraf edirlər. Zorlanma əsasən qadına qarşı ittiham səslənməsi üçün əsas olur. İlin əvvəlindən bu günə kimi keçmişə səyahət etsək ölkəmizdə bu tip hadisələrin daha çox azyaşlılara tətbiq olunduğunu görə bilərik.

Elə bu cür hadisədən əziyyət çəkmiş samirə də başına gələnləri hələ də unuda bilmir:

“Bu hadisə olanda mənim 12 yaşım var idi. Orta məktəbdə təhsil alırdım. Bu təcavüz mənim öz sinif yoldaşım yox, digər sinif yoldaşım tərəfindən başıma gəldi. Üzr istiyirəm, məktəbin ayaq yolusunda baş verdi. Bu təcavüzü mənə etdikdən sonra üzümə gələndə belə gözlərimə baxmırdı. Yəni heç belə bir şey olmayıb, bu insan məni tanımırmış kimi rəftar elədi.

Bu hadisəni hardasa 1 həftə falan özümdə gizli saxladım. Daha sonra dözməyib anama danışdım. Anam da sağ olsun məni düz qarşılamadı. Fikirlərimə düz reaksiya vermədiyinə görə məni evdən qovdu və mən buna görə də bir müddət xalamgildə qalmağa məcbur oldum. Anadı da yenə, pis olub məni təzədən evə çağırdı. Öz səhvini başa düşdü və analıq borcunu yerinə yetirməyi dərk etdi.