Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişində inanılmaz anlar qeydə alınmağa davam edir.

Minval.info xəbər verir ki, verilişə müraciət edən Cahangir bəyin açıqlamaları izləyənləri  heyrətləndirib. “12 yaşım olanda 4 erməni bir rus qızını təkləmişdilər. Sataşırdılar.. Zorlamaq istəyirdilər. 12 yaşımın olmasına baxmayaraq qurluşca cəld biri idim. Bunları öldürdüm. Mənə 2 dəfə güllələnmə verdilər. Sonuncu məhkəmədə rus hakim işə baxırdı. Dedi ki, “bizim sənin kimi oğullara ehtiyacımız var”, mənə 9 il iş verdilər. İçərdə olarkən namus üstündə bir nəfəri də öldürdüm. İşim artdı. 39 il həbs edildim. Sonra evləndim. 2 övladım var . Onlardan xəbərim yoxdur. Onları axtarıram. Həm də vaqonda yaşayıram. Daş qum alıb bir otağ tikib yaşamaq istəyirəm . Köməklik edən olsa sevinərəm”.

Cahangir bəyin bu açıqlamaları aparıcı Amil Xəlil ilə bərabər ekspertlərində heyrətinə səbəb olub. Daha sonra Seyid Fərmail bəy də iməhkəmə icraçılarından şikayyət edib. O bildirib ki, məhkəmənin qərarına icraçılar əməl etmir. Verilişi tam olaraq sizə təqdim edirik.

Qeyd edək ki “Gəl Dərdini Danış” sosial-kriminal layihə həftə içi hər gün saat 16:00 da Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır…

Minval.info