Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son dörd gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı ümu­­mi­likdə 112 əcnə­bi sax­­­la­nıl­ıb.

Minval.info xəbər verir ki, onlardan 22-si Rusiya, 18-i Gürcüstan, 13-ü Türkmənistan, 12-si Hindistan, doqquzu Pa­kis­tan, yeddisi Özbəkistan, altısı Ukrayna, altısı İran, dördü Türkiyə, üçü İraq, üçü Nigeriya, ikisi Qazaxıstan, ikisi Birləşmiş Ərəb Əmirlikləri, biri Nepal, biri Mərakeş, biri Fransa, biri Norveç və biri Suriya vətəndaşıdır.

Saxlanılmış altı nəfər Pakistan, üç nəfər Nigeriya, iki nəfər Hindistan və bir nəfər Qazaxıstan vətən­da­şının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 13 nəfər Türkmənistan (səy­yar ticarət) və üç nəfər Hindistan vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 84 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 89 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə tədbirlərini da­vam etdirir.

Minval.İnfo