Ağstafada məktəblini qatar vurub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb. Dəmir yol xəttinin qarşı tərəfinə keçmək istəyən kənd sakini, 2008-ci il təvəllüdlü Əhmədov Elburus İlham oğlunu qatar vurub.

O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.