Bir ay öncə yaponiya öz fəxrini, 105 yaşlı professor Dr.Şigeaki Hinoharanı itirdi.

Bütün ömrünü insan sağlamlığı üzrə araşdırmalara adayan professor bu sahədə ən uğurlu mütəxəssislərdən biri olub. Professor ölümündən iki ay öncə isə “JapanTimes”– a maraqlı bir müsahibə  vermişdi. Bu müsahibədə professor uzun ömürlülük haqda bir-birindən dəyərli məlumatlar verib.

Minval.İnfo Dr.Hinoharanın uzun ömürlülük haqda həmin məlumatlarını təqdim edir.

Professor indiyə qədər heç zaman pəhriz də tutmayıb. Bundan başqa, heç vaxt özünü balanslı həyat yaşamağa məcbur etməyib. O, heç yatmaq saatlarını da tənzimləməyib. Hinohara həftədə yeddi günə, günə 18 saat işləyib və onun fikrincə uzunömürlülük xoşbəxtlikdən asılıdır.

O, uzun ömürlü olmaq üçün əsas qaydalar kimi aşağıdakıları sadalayıb.

Enerji özünü yaxşı hiss etməkdən yaranır və özünü yaxşı etmək üçün çox yemək və ya çox yatmaq gərək deyil.

Bədənimizi çoxlu qayda-qanunla yormamalıyıq. Uşaqları misal götürməliyik. Uşaqlar vaxtlarını yaxşı keçirəndə yemək yeməyi və ya yatmağı unuda bilirlər.

Uzun ömürlü olmaq istəyirsənsə artıq çəkili olmamalısan.

Təqaüdə çıxmağa ehtiyac yoxdur. Ancaq təqaüdə çıxmalısınızsa bu yaş 65 olmalıdır. Professorun fikirincə 100 il əvvəl Yaponiyada orta ömür 68 olub və buna görə təqaüd yaşı 65 olmalıdır. Ancaq indi orta ömür yaşı yüksəlib deməli təqaüdə çıxmağa da ehtiyac yoxdur.

Tamerlan

Minval.info