Üç nəfər kütlə qarşısında güllələnib. Onlardan ikisinin 19, digərinin 27 yaşı olub. Sonra isə ibrət olsun deyə, kran vasitəsilə cəsədlər asılaraq saatlarla nümayiş edilib.

Minval.İnfo xəbər verir ki, hadisə Yəməndə baş verib. Abdullah Cəlil Al-Aşşab, Muhammad Said Al-Uqri və Qaleb Al-Rəşidi 10 yaşlı oğlan uşağını zorlayıb öldürməkdə təqsirli bilinib. Məhkəmə qərarı ilə onlara edam hökmü oxunub.

Onlar güllələnib və cəsədləri paytaxt Səmanın mərkəzi meydanında nümayiş etdirilib.

Qeyd edək ki, Yəməndə edam hokümü oxunan şəxs necə öləcəyini özü seçə bilir. Belə ki, buraya güllələnmək, başlarını kəsmək və asılaraq ölmək cəzaları aiddir.

Tamerlan

Yemen's legal system allows people to be killed by shooting, hanging and beheading

The trio were convicted of raping and murdering a 10-year old boy