Cenevrədə keçirilən beynəlxalq avtomobil sərgisində “Hispano Suiza Cars” şirkəti yeni ispan brendini təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, “Carmen” adlı yeni model elektrik mühərriki ilə təchiz edilmiş hiperkardır.

Yeni model brendin banisi Damian Mateunun nəvəsinin şərəfinə Karmen adlandırılıb. Eyni zamanda 1938-ci ildə istehsal cəmi 1 ədəd istehsal edilən “H6C Dubonnent Xenia” modelini xatırladır.

Yeni model yerindən 100 km/saat sürəti 3 saniyədən də tez vaxtda yığır. Maksimal sürət isə 250 km/saatdır. Kupenin çəkisi cəmi 1690 kq-dır. Kupenin akkumulyator batareyası döşəməyə təchiz edilib. Batareya ilə maşın 400 km məsafə qət edə bilir. Hazırda istehalçı 19 sifariş qəbul etməlidir ki, işə başlasın. Bir modelin qiyməti 1.5 milyon avrodur.